Yanvar-iyul aylarında ÜDM real olaraq 2.5% artıb

2019-cu ilin yanvar-iyul aylarında ümumi daxili məhsul real olaraq 2.5% artıb. Qeyri-neft sektorunda artım 3% olmuş və əsasən ticari sektordan qaynaqlanıb. Real sektorun monitorinqi əsasında hesablanan biznes inam indeksi son ayda qeyri-neft sənayesində artıb, ticarətdə azalmış, xidmət və tikinti sektorlarında isə dəyişməz qalıb.

İstehlakın və qeyri-neft investisiyalarının genişlənməsi şəraitində qabaqlayıcı tsikl göstəricilərinin əksəriyyəti yüksəlməyə meyillidir.

Neft qiymətlərinin cari səviyyəsi (ilin ötən dövründə 65 ABŞ dollar) şəraitində xarici ticarət balansı profisitli olub. İlkin məlumata görə 8 ayda ixrac 5.1%, o cümlədən, qeyri-neft ixracı 15.4% artmış, monetar qızıl nəzərə alınmadan qeyri-neft idxalının artım tempi 11.7% təşkil edib. Profisitli tədiyə balansı şəraitində valyuta bazarında təklif tələbi üstələməkdə davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır