Yanvar-noyabr aylarında maliyyə mənbələrindən əsas kapitala 13688,4 milyon manat vəsait yönəldilib

2017-ci ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala  13688,4 milyon manat vəsait yönəldilib.

Vəsaitin 6051,7 milyon manatı və ya 44,2 %-i qeyri-neft sektoruna sərf edilib və bu sektorda investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 % artıb. Ümumi sərmayənin 73,4 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib, istifadə olunan vəsaitin 77 %-i məhsul istehsalı obyektlərinin, 17,1 %-i xidmət sahələri üzrə obyektlərin, 5,9 %-i isə ümumi sahəsi 1536 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşüb.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 42,2 %-ni təşkil edib.

Əsas kapitala yönəldilən sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 65,6 %, bank kreditləri 12,7 %, büdcə vəsaitləri 14,1 %, əhalinin şəxsi vəsaitləri 5,4 %, büdcədənkənar fondların vəsaitləri 1,4 %, sair vəsaitlər isə 0,8 % təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır