Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Yanvarın 10-da keçirilən hərracda 43 dövlət əmlakı özəlləşdirilib - BBN

Yanvarın 10-da keçirilən hərracda 43 dövlət əmlakı özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac 10 yanvar tarixində keçirilib. Hərracda 2 səhmdar cəmiyyətin səhm paketi, 41 nəqliyyat vasitəsi satılıb. Hərraca çıxarılan dövlət əmlaklarına ümumilikdə 139 sifariş qəbul olunub.

Hərracda “Bakavtoservis” və “Goranboy Aqrotexservis” açıq səhmdar cəmiyyətlərinin 30 faizlik  səhm paketi özəlləşdirilib.

Nəqliyyat vasitələri üzrə keçirilən hərrac rəqabətli olub. Belə ki, “Nissan Sunny” markalı avtomobilin ilkin start qiyməti 4.500 manat olsa da, ən son təklif 7.000 manatadək yüksəlib. İlkin start qiyməti 1.000 manat olan “Traktor MTZ-82” markalı nəqliyyat vasitəsi 4.600 manata özəlləşdirilib.

Hərracda özəlləşdirilən əmlakların siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/30SU4lu )

Məlumat üçün bildiririk ki, bu ay üzrə növbəti hərraclar 24, 27 və 31 yanvar tarixlərində keçiriləcək. Bu hərraclara ümumilikdə 60 dövlət əmlakı çıxarılacaq. Onlardan 5-i səhmdar cəmiyyətin səhm paketi, 25-i kiçik dövlət müəssisə və obyekti, 30-u isə nəqliyyat vasitəsidir.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı