Yanvarından 1-dən Xorvatiyada avroya keçdikdən sonra bir sıra riteylerlər qiymətləri yüksəldib

Daha öncədə xəbər verdiyimiz kimi Avropanın ən populyar yay istiqamətlərindən biri olan Xorvatiya 2023-cü il yanvarın 1-dən etibarən özünün tarixi pul vahidi kunanı avro ilə əvəz etmişdi. Bu isə onun Avrozonaya daxil olan 20-ci ölkə olması ilə bağlı idi, nəticədə vahid pul vahidindən istifadə edən Avropa ölkələrindən biri olmuşdu. Avropa Mərkəzi Bankının prezidenti Christine Lagarde isə “Xorvatiya avro zonasının 20-ci üzvi (Avropa İttifaqının 28-ci üzvidir, vahid pul vahidi avrodan istifadə edən isə 20-ci ölkədir-red.) olması ilə bağlı çox çalışdı və buna nail oldu. Mən bütün Xorvatiya insanlarını təbrik edirəm”, – deyə o, açıqlamasında bildirmişdi.

Eyni zamanda Xorvatiya yanvarın 1-dən etibarən Şengen ərazisinə daxil olmuşdu, nəticədə 420 milyondan çox Avropa vətəndaşları sərhəd olmadan blok daxilində maneəsiz səyahət edə biləcəklər.

Lakin maraqlısı budur ki, kunanın avro ilə əvəz edilməsindən sonra ölkədə bir çox kafe, restoran sahibləri və riteyler və xidmət təminatçıları vəziyyətdən istifadə edərək qiymətləri artırıb.

Sorğu iştirakçıları olan rəfiqələrdən biri bildirib ki, bu qarışıq məqamdır: “Xidmət çox ucuz görünsə də, əslində bahalıdır. Biz 2 kofe və 1 cola-ya görə 6 avro ödədik. Bu, şok idi”.

“Qiymətlər iyundan bu yana artmağa başlayıb. İndi isə bu daha da pis olub. Hökumətin məsələ ilə bağlı vəziyyəti həll etməsindən razı deyilik”.

Riteylerlər ilə görüşündə hökumət üzvləri bildiriblər ki, qiymətlərin ədalətsiz yüksəldilməsini tolerant qarşılamayacaqlar. Onlarla görüşündə qeyd edilib ki, əmin olun ki, qiymətlər dekabrın 31-dən əvvəlki səviyyədən yüksək deyil.

Related posts

İsveçrə Mərkəzi Bankı uçot faiz dərəcəsini azaltdı

İngiltərənin Mərkəzi Bankından uçot faiz dərəcəsi ilə bağlı – Yeni qərar

IFC Mərkəzi və Şərqi Avropa üzrə yeni regional direktor təyin edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı