Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Yapı Kredi Bank Azərbaycan-ın dəstəyi ilə keçirilən “Card to Art” sosial layihəsi davam edir - BBN

Yapı Kredi Bank Azərbaycan-ın dəstəyi ilə keçirilən “Card to Art” sosial layihəsi davam edir

Yapı Kredi Bank Azərbaycan-ın dəstəyi ilə həyata keçirilən sosial-ekoloji təşəbbüslər davam edir. Ətraf mühitin qorunması və dayanıqlı gələcək naminə irəli sürülən “Card to Art” layihəsi istifadə müddəti başa çatmış plastik kartların təkrar emalına və sənət əsərlərinə çevrilməsinə imkan yaradır.

Layihə “Təmiz Şəhər” ASC tərəfindən təşkil olunub və Ekologiya və Təbii Sərvətlər Nazirliyi, DOST İnkluziv İnkişaf və Yaradıcılıq Mərkəzi, Facility Management Group, Global Media Group, “Araz” supermarketlər şəbəkəsi, ECOhubAzərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyi layihəyə dəstək göstərir.

Layihə çərçivəsində xüsusi toplama qutuları müxtəlif məkanlarda yerləşdirilib. Toplanan plastik kartlar yaradıcı şəxslər tərəfindən sənət əsərlərinə çevriləcək. Hazırlanacaq incəsənət nümunələri Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” ASC tərəfindən yaradılan “Tullantıdan Sənətə” muzeyində təşkil ediləcək “Card to Art” sərgisində ziyarətçilərə təqdim olunacaq.

Yapı Kredi Bank Azərbaycan dayanıqlı inkişaf prinsiplərinə sadiq qalaraq müştəriləri və ictimaiyyəti ətraf mühitin qorunmasına töhfə verməyə çağırır və istifadə müddəti bitmiş plastik kartların incəsənətə çevrilərək yenidən dəyər qazanmasını dəstəkləyir.

Related posts

Bank of Baku-nun Gəncədə 2-ci filialı – “KOB Gəncə” fəaliyyətə başladı

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib

ABB istiqrazlarına abunə yazılışı uğurla başa çatdı!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı