Yapon şirkəti işçilərinin maaşını Bitcoinlə ödəyəcək

Yaponiyada şirkətlərdən biri işçilərinin maaşlarının bir hissəsini rəqəmsal pul vahidi-Bitcoin ilə ödəyəcəyini açıqlayıb.

“GMO İnternet Group” adlı şirkətin açıqlamasına görə, 2018-ci ilin mart ayından etibarən işçilərin maaşının təxminən 870 dollarlıq hissəsinin Bitcoinlə ödənilməsi seçimi onlara təklif ediləcək. Rəqəmsal pul vahidi ilə ödəmə hər iki tərəfin qarşılıqlı razılaşması ilə həyata keçiriləcək. Şirkət bildirib ki, bu cür ödəmə ölkə qanunlarına uyğundur.

Qərarın məqsədi Bitcoinin daha yaxşı mənimsənilməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır