Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Yaponiya ilə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiya imzalanıb - BBN

Yaponiya ilə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiya imzalanıb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi ilə görüşüb.

Nazir ölkəmizin Yaponiya ilə əlaqələrə önəm verdiyini, iqtisadi tərəfdaşlığın genişləndiyini qeyd edib, sənaye, enerji, o cümlədən bərpa olunan enerji, yeni texnologiyaların tətbiqi və s. sahələrdə əməkdaşlığın inkişafı üçün mövcud olan imkanları diqqətə çatdırıb.

Yaponiya xarici işlər nazirinin parlamentar müavini Yoşikava Yuumi videomüraciətində  ölkələrimiz arasında əlaqələrdən danışıb, imzalanan Azərbaycan Respublikası ilə Yaponiya arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiyanın iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsində əhəmiyyətini vurğulayıb.

Səfir Vada Cüniçi 2022-ci ilin Azərbaycanla Yaponiya arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü olduğunu qeyd edib, Azərbaycanla iqtisadi əlaqələrin gücləndirilməsi istiqamətlərinə dair fikirlərini bölüşüb.

Tərəflər iqtisadi tərəfdaşlığın genişləndirilməsi yolları, xüsusilə ticarətin və investisiya qoyuluşlarının həcminin artırılması müqavilə-hüquq bazasının möhkəmləndirilməsi, “yaşıl enerji” sahəsində əməkdaşlıq, işğaldan azad olunmuş ərazilərdə icra edilə biləcək potensial layihələri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Tədbirdə Azərbaycan Respublikası ilə Yaponiya arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya imzalanıb. Sənədi Azərbaycan tərəfdən İqtisadiyyat naziri Mikayıl Cabbarov, Yaponiya tərəfdən isə səfir Vada Cüniçi imzalayıblar.

Related posts

Hürmüz Ultimatumu: Trampın verdiyi möhlətin bitməsinə saatlar qalır – Bakı vaxtı ilə 04:00-da nə baş verəcək?

“Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgilərində məhsul və xidmətlərini təqdim etmək istəyən KOB-ların nəzərinə!

Azərbaycan – Gürcüstan iqtisadi əlaqələri daha da inkişaf edəcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı