Yaponiya-Rusiya birgə investisiya fondu yaradılır

Rusiyanın Birbaşa İnvestisiya Fondu (RDIF) və Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Bankı (JBIC) birlikdə 20 layihəyə investisiya etməyi planlaşdırır.

RDIF və JBIC 1 milyard dollar həcmində birgə investisiya fondunun yaradılması üzrə müqavilə imzalayıb.

“RDIF nəzarət səhm paketinə malik olmasa da, səhmlərin 50%-ə yaxın hissəsinə sahibdir. 2017-ci ildə birgə fondun ilk 5 layihəni maliyyələşdirməsi dəqiqdir, lakin 20 layihə üzərində müzakirələr aparılır və onların ilk 6 ay ərzində tətbiqinə çalışacağıq”-deyə, RDIF-in rəhbəri Kirill Dmitriyev bildirib.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır