Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Yaponiya yarımkeçirici istehsalını kəskin artıracaq

Yaponiya yarımkeçirici istehsalını kəskin artıracaq

Son aylarda qlobal səviyyədə yarımkeçirici çiplərin istehsalında azalma və nəticə etibarilə yaranan çip “qıtlığı” elektronika cihazlarının istehsal həcmindən əhalinin məşğulluq səviyyəsinə qədər bir sıra sahələrdə kəskin geriləməyə səbəb olub.

Sözügedən mənfi təsirlərin qarşısının alınması və yarımkeçirici istehsalının artırılması məqsədilə Yaponiya hökuməti yeni investisiya layihəsi başladıb. Layihəyə əsasən, dövlətin 2021-ci il büdcəsindən 600 milyard yen  (5.2 milyard dollar) məbləğindən vəsait ayrılıb. Ayrılan vəsaitin 400 milyard yenlik qismi yarımkeçirici bazarının ən böyük iştirakçısı olan (53%) Tayvan mərkəzli TSMC şirkəti tərəfindən Yaponiyada inşası planlaşdırılan 7 milyard dollarlıq ilk ən böyük çip zavodunun inşasına dəstək olaraq yönəldiləcək. Qalan 200 milyardlıq hissə isə, yarımkeçirici istehsalı üzrə həyata keçirilən digər xırda layihələrə ayrılacaq.

Related posts

AİB Azərbaycan və qonşu ölkələrin iştirakı ilə regional inteqrasiya layihəsini nəzərdən keçirir

Asiya bazarlarında eniş davam edir, qlobal istiqraz satışları narahatlıq yaradır

ADB Azərbaycanda ağır sənaye və dəniz nəqliyyatına texniki yardım ayırır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı