Home » Yaponiya 1 trilyon dollarlıq tədbirlər paketini başladır

Yaponiya 1 trilyon dollarlıq tədbirlər paketini başladır

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Yaponiyanın Baş Naziri Şinzo Abe ölkə iqtisadiyyatının koronavirusun mənfi təsirlərinə qarşı dayanıqlılığının artırmaq üçün 108 trilyon yen (989 milyard dollar) həcmində stimullaşdırıcı tədbirlər paketini açıqlayıb.

Yaponiya ÜDM-nin təqribi 20%-inə bərabər olan bu tədbirlər paketi özündə ev təsərrüfatları və kiçik bizneslərə 6 trilyon yen həcmində maliyyə vəsaiti ayrılmasını ehtiva edir. Həmçinin, biznes vergilərinin ertələnməsi və sosial xidmət xərclərinin kompensasiya edilməsi üçün 26 trilyon yen ayrılıb.

Tədbirlər planı ilk növbədə iş yerlərinin itirilməsi və şirkətlərin müflisləşməsini dayandırmağa yönələcək. İkinci hissə isə koronavirus pandemiyası tam nəzarət altına alındıqdan sonra işə başlayacaq və iqtisadiyyatın sürətli şəkildə bərpasına sərf ediləcək.

Tədbirlər planında həmçinin cari il ərzində 2 milyona yaxın ölkə vətəndaşına virus əleyhinə “Avigan” preparatlarının paylanması da qeyd olunub.

Tədbirlər planının digər detalları və göstəricilərinin müzakirələri davam edir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.