Yaponiyada inflyasiyanın sürətlənməsi müşahidə olunur

Yaponiyada iyun ayı məlumatları inflyasiyada yüksəliş siqnalları verdi.

Ultra sərbəst pul siyasətini həyata keçirən Yaponiyada iyun ayında inflyasiyanın artması qeydə alınıb. Məlumata görə, iyun ayında Yaponiyada illik inflyasiya 3,3 % olaraq qeydə alınıb.

BBN.az qeyd edir ki, Bloomberg sorğusuna qatılan iqtisadçılar inflyasiyanın 3,2% olacağını gözləyirdilər. May ayında ölkədə inflyasiya 3,2% təşkil edib.

Baza inflyasiyasında da məhdud geriləmə müşahidə olunub. Belə ki, iyun ayında Yaponiyada təzə qida və enerji istisna olmaqla qiymətlərin illik artımı 4,2% təşkil edib ki, iyul ayında bu qrupda illik artım 4,3% idi.

Related posts

Bayden dövründə ABŞ büdcəsi 500 milyard dollar itirib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

27 февраля пройдет 3-ий международный ПЛАС-Форум «Digital Kyrgyzstan».