Yaponiyanın Azərbaycandakı səfiri “ASAN xidmət”dən yazıb

“Azərbaycanda “ASAN xidmət” adlı sistem qurulub və bu sistem ölkədə elektron hökumətin özəyi funksiyasını həyata keçirir”. Bu fikirləri Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori öz şəxsi bloqunda bölüşüb.

Səfir  bildirib ki, bir  çox inkişaf etmiş ölkələrdə belə sistemlərə rast gəlinir amma Azərbaycanda “ASAN xidmət” vasitəsilə insanlar yalnız şəxsiyyət vəsiqəsini təqdim etməklə 240-dan çox  xidmətdən yararlanır.

“ASAN xidmət” mərkəzini ziyarət edən səfir gördüklərindən təəcübləndiyini gizlətməyib və diqqətini  cəlb edən bəzi məqamları izləyiciləri ilə paylaşıb. O, qeyd edib ki, mərkəzdə gördüyü əhali sayı, həqiqətən də bu xidmətin məmnunluğundan xəbər verir: “Mərkəzdə yaradılan pəncərə sistemi, şəffaflığın qorunması, ünsiyyət zamanı yüksək mədəniyyətin nümayişi, keyfiyyətli  xidmət  əhali  coxluğunun səbəbini izah edir. Bu onu göstərir ki, insanlar bu xidməti dəstəkləyir və ondan razıdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır