Home » Yaponiyanın Azərbaycandakı səfiri Sumqayıt Kimya Sənaye Parkında olub

Yaponiyanın Azərbaycandakı səfiri Sumqayıt Kimya Sənaye Parkında olub

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çuniçi Vada və Səfirliyin əməkdaşları Sumqayıt Kimya Sənaye Parkında olublar.

Səfirlik əməkdaşlarına sənaye parklarının fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib, ölkəmizdə yaradılan sənaye parkları, burada sahibkarlar üçün yaradılmış əlverişli şərait, tətbiq edilən güzəştlər barədə məlumat verilib.

Görüşdə həmçinin, Azərbaycan İnvestisiya Şirkətinin fəaliyyəti barədə təqdimat keçirilib.

Sonda Yaponiya Səfirliyinin nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkının ərazisində görülmüş işlər, Parkın rezidenti “Azertexnolayn” MMC-nin Polad Boru Zavodunda istehsal  prosesi ilə tanış olub.

Qeyd edək ki, “Azertexnolayn” MMC-nin müəssisələrində bir çox qabaqcıl ölkələrin, o cümlədən Yaponiyanın texnologiyalarından istifadə edilir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.