Yarımkeçirici qıtlığı 2023-cü ildə də davam edəcək – PROQNOZ

Koronavirus pandemiyasının dünya iqtisadiyyatında özünü ən çox biruzə verdiyi sahələrdən biri də yarımkeçiricilərdir. Yarımkeçiricilərin istehsalında axsamalar nəticəsində yaranan qıtlıq səbəbindən bir çox beynəlxalq elektronika istehsalçıları tələbi qarşılaya bilmirlər. Ötən il smartfon satışlarında 7%-lik gerilməyə gətirib çıxaran bu tendensiya “Ford”, “Volkswagen” kimi bir sıra nəhəng avtomobil istehsalçılarının da istehsal həcmini azaltmasına səbəb olub.

ABŞ Ticarət Departamenti nümayəndəsi mətbuata açıqlamasında bu məsələyə qısa müddətdə həll yolu tapıla bilməyəcəyini vurğulasa da, “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin araşdırmalarına əsasən, yarımkeçirici çip qıtlığının 2022-ci ilin ikinci yarısında artıq yumşalacağı göstərilib.

Almaniyanın avtomobil nəhəngi “BMW” şirkətinin Baş İcraçı Direktoru Oliver Zipse də bu məsələ ilə bağlı fikrini açıqlayıb. Alman mətbuatına verdiyi açıqlamaya əsasən, hazırda yarımkeçirici qıtlığında pik səviyyədəyik. Şirkət rəhbəri açıqlamasında bildirib ki, yarımkeçiricilərin istehsalı kəskin şəkildə artırılmadığı təqdirdə, qıtlıq 2023-cü ilin sonlarına qədər davam edə bilər, bu isə avtomobil istehsalı sektoruna kəskin zərbə vura bilər.

Qeyd edək ki, yarımkeçirici istehsalında təklifin artırılması və qıtlığın aradan qaldırılması yönündə beynəlxalq texnologiya nəhəngləri “Samsung”, “TSMC” və “Intel” konsorsium yaradaraq tərəfdaşlıq çərçivəsində çip istehsalında ortaq araşdırmalar nəticəsində yeni sənaye standartları yaradılmasını planlaşdırırlar.

Related posts

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.07.2024)

İsveçrə Mərkəzi Bankı uçot faiz dərəcəsini azaltdı

İngiltərənin Mərkəzi Bankından uçot faiz dərəcəsi ilə bağlı – Yeni qərar

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı