Dünyada ekspatların bir ölkədən digərinə iş və karyera yüksəlişi səbəbindən köçməsi hər zaman mövcud olub. Beynəlxalq statistikalara əsasən isə 2020-ci il üzrə dünyanın ekspatlar üçün ən əlverişli şəhəri Sinqapur olub. Siyahının tərtibatında nəzərə alınan əsas faktorlar həmin şəhərlərdəki yaşam keyfiyyəti, mühitə uyğunlaşma prosesi, iş imkanları, ailə həyatına təsirlər və şəxsi maliyyə idarəetməsi faktorlarıdır.
Yuxarıda sadalanan faktorlar əsasında keçirilən sorğunun nəticəsində xarici ölkələr arasında yaşamaq və işləmək üçün ən əlverişli şəhər Sinqapur seçilib. İkinci yerdə Tayvanın paytaxtı Taypey şəhəri, üçüncü yerdə isə Kanadanın Montreal şəhəri qərarlaşıb. Lissabon və Dubay isə müvafiq olaraq dördüncü və beşinci yerləri bölüşürlər. Ümumilikdə siyahı isə aşağıdakı kimidir.
Sıra | Şəhər | Ölkə | Göstərici | Reytinq |
1 | Sinqapur | Sinqapur | 78.2 | AAA |
2 | Taypey | Tayvan | 72 | AAA |
3 | Montreal | Kanada | 70.5 | AAA |
4 | Lissabon | Portuqaliya | 70.3 | AAA |
5 | Dubay | BƏƏ | 70.1 | AAA |
6 | Ho Çi Min | Vyetnam | 69.9 | AA |
7 | Barselona | İspaniya | 69.8 | AA |
8 | Haaqa | Niderland | 69.8 | AA |
9 | Zuq | İsveçrə | 69.5 | A |
10 | Aaxen | Almaniya | 68.3 | A |
11 | Sidney | Avstraliya | 68.2 | A |
12 | Praqa | Çexiya | 66.9 | A |
13 | Abu Dabi | BƏƏ | 66.8 | BBB |
14 | Bazel | İsveçrə | 66.6 | BBB |
15 | Budapeşt | Macarıstan | 66 | BBB |
16 | Amsterdam | Niderland | 65.8 | BBB |
17 | Mexiko | Meksika | 65.2 | BBB |
18 | Madrid | İspaniya | 65 | BB |
19 | Kalyari | Kanada | 64.2 | BB |
20 | Banqkok | Tayland | 64 | BB |
21 | Melburn | Avstraliya | 63.9 | BB |
22 | Panama | Panama | 63.4 | BB |
23 | Manama | Bəhreyn | 62.6 | BB |
24 | Çenqdu | Çin | 62.4 | BB |
25 | Vyana | Avstriya | 62.2 | BB |
26 | Aukland | Yeni Zellandiya | 62.1 | BB |
27 | Tallin | Estoniya | 62.1 | B |
28 | Tokyo | Yaponiya | 61.3 | B |
29 | Doha | Qətər | 60.7 | CCC |
30 | Mayami | ABŞ | 60.4 | CCC |
31 | Kuala Lumpur | Malayziya | 60 | CCC |
32 | Məsqət | Oman | 60 | CC |
33 | Brüssel | Belçika | 59.1 | CC |
34 | Portland Oreqon | ABŞ | 59.1 | CC |
35 | Vilnus | Litva | 59 | CC |