Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
"YAŞAT" Fondu tələbə adını qazananlara bu il də dəstək göstərir - BBN

“YAŞAT” Fondu tələbə adını qazananlara bu il də dəstək göstərir

“YAŞAT” Fondu tərəfindən bu il də ilk dəfə tələbə adını qazanan şəxslərə 2000 AZN pul mükafatı veriləcək.

Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev 2023-2024-cü tədris ili üzrə rəsmi olaraq akkreditasiya olunmuş  ali təhsil müəssisələrinə qəbul olunan şəhid ailə üzvləri ilə görüşüb.

Ülvi Mehdiyev onları bu əlamətdar hadisə münasibətilə təbrik edib, təhsil həyatlarında və gələcək fəaliyyətlərində uğurlar arzu edib.

Görüş iştirakçılarına Fond tərəfindən təsis olunmuş 2000 AZN birdəfəlik pul mükafatının sertifikatları təqdim olunub.

İlk dəfə tələbə adını qazanan şəhid ailəsi üzvləri və müharibə əlilləri mükafatla bağlı ətraflı məlumatı 8110 Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərlər.

Related posts

RABİTƏBANKDAN NAĞD PUL KREDİTİ ÜZRƏ SƏRFƏLİ “BAHAR KAMPANİYASI”

KARTMANE TAKSİT KARTI İSTİFADƏÇİLƏRİ ÜÇÜN “NOVRUZ PAYI” KAMPANİYASI

Bank of Baku UiPath ilə proseslərin robotlaşdırılmasına başlayır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı