Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“YAŞAT” Fonduna köçürmələr Azərbaycan Beynəlxalq Bankının mobil tətbiqində - BBN

“YAŞAT” Fonduna köçürmələr Azərbaycan Beynəlxalq Bankının mobil tətbiqində

“YAŞAT” Yaralıların və Şəhid Ailələrinin Təminatına Dəstək Fonduna köçürmələri indi Azərbaycan Beynəlxalq Bankının IBA Mobile mobil tətbiqi vasitəsilə də yerinə yetirmək olar. Bunun üçün sadəcə mobil telefonda tətbiqi açıb “Ödənişlər” hissəsində “YAŞAT” Fondu bölməsinə keçmək lazımdır. Hüquqi şəxslər buradan VÖEN nömrəsi, fiziki şəxslər isə şəxsiyyət vəsiqələrinin FİN kodu ilə ödənişlərini cəmi bir neçə dəqiqə ərzində rahat şəkildə yerinə yetirmək imkanına malikdirlər.      

Qeyd edək ki, vətəndaşlar Fonda köçürmələrini mobil tətbiqlə yanaşı, Bankın bütün filial və şöbələrində bu rekvizitlərlə, eyni zamanda internet səhifəsində yaradılmış xüsusi bölmədən onlayn qaydada da həyata keçirə bilərlər.

“YAŞAT” Fondu Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondudur. Belə bir qurumun yaradılmasında məqsəd şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılmasıdır. Bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi də “YAŞAT” Fondunun məqsədlərinə daxildir.

Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi ianələr, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.

Fondun vəsaitinin sərəncamçısı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir. Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti isə Azərbaycan Respublikası Prezidentinin yaratdığı Himayəçilik Şurası həyata keçirir.

Related posts

Azərbaycan Mərkəzi Bankı və “Komplayens Assosiasiyası” arasında Anlaşma Memorandumu imzalanıb

Pensiyaçılar öz bankını seçə biləcəkmi? – MƏRKƏZİ BANKDAN AÇIQLAMA

Xalq Bankdan sahibkarlar üçün girovsuz biznes krediti

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı