Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Yaşayış minimumu və ehtiyac meyarı ilə bağlı qanun layihələri üçüncü oxunuşda qəbul edilib - BBN

Yaşayış minimumu və ehtiyac meyarı ilə bağlı qanun layihələri üçüncü oxunuşda qəbul edilib

Milli Məclis 2026-ci ilin dövlət büdcəsi zərfinə daxil olan “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrini üçüncü oxunuşda qəbul edib.

BBN.az  xəbər verir ki, 2026-cı ildə Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının 300 manat olması nəzərdə tutulur.

Bu, 2025-ci illə müqayisədə 15 manat və yaxud 5,3 % çoxdur.

Sənədə əsasən, yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat müəyyən edilir.

Müzakirələrdən sonra hər iki sənəd səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Related posts

“Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgilərində məhsul və xidmətlərini təqdim etmək istəyən KOB-ların nəzərinə!

3 ayda dövlət büdcəsindən 68,5 milyon manat geri qaytarılıb

Ölkə banklarının faiz gəlirləri 18%-dək artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı