Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Yaşıl enerji məkanı” Alt İşçi qrupunun iclası keçirilib - BBN

“Yaşıl enerji məkanı” Alt İşçi qrupunun iclası keçirilib

“Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” layihəsinin hazırlanması məqsədilə yaradılmış “Yaşıl enerji məkanı” üzrə Alt İşçi qrupun 4-cü iclası keçirilib.

İclasa sədrlik edən energetika nazirinin müavini Samir Vəliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 18 iyun tarixli Sərəncamı ilə yaradılmış “Yaşıl enerji məkanı” Alt İşçi qrupunun ötən dövr ərzində fəaliyyətindən bəhs edib. Bildirilib ki, bu müddətdə Alt İşçi qrupun 3 iclası, mütəxəssislərdən ibarət Ekspertlər qrupunun isə 5 iclası keçirilib.

İclasda Strategiyanın Tədbirlər Planı layihəsinin hazırlanması, hədəf indikatorları, fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi və maliyyələşmə məsələləri müzakirə olunub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri Təranə Salıfova və Mərkəzin Monitorinq və qiymətləndirmə şöbəsinin əməkdaşı Gültac Əhmədzadə-Tapdıqzadə müzakirələrdə iştirak ediblər.

İclasda “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planı layihəsinin yekun variantı təqdim edilib. Qeyd olunub ki, “Yaşıl enerji” məkanı məqsədi üzrə 5 əsas hədəf indikatoru, 7 fəaliyyət istiqaməti, 45 tədbir və 17 icraçı qurum müəyyən olunub. Hər bir fəaliyyət istiqaməti üzrə nəzərdə tutulan tədbirlər, icraçı qurumlar və icra müddəti barədə məlumat verilib, tədbirlərin icrası üzrə maliyyələşmə mənbələri ilə bağlı fikir mübadiləsi aparılıb. Rəylər nəzərə alınmaqla Tədbirlər Planı layihəsi məqbul hesab edilib və yekun layihənin tezliklə aidiyyəti üzrə təqdim edilməsi qərara alınıb.

Related posts

Azərbaycanda debet kartlarının sayı 13% artıb

Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Çin Xalq Respublikasına səfəri çərçivəsində AFCA rəhbərliyi ilə görüş keçirib

Hormuz “tələsi”: Neft hasilatı artsa da, ixrac etməyə yol yoxdur!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı