“Yaşıl innovasiyalar”a dair sahibkarların iştirakı ilə onlayn görüş keçirilib

Tədbirdə “yaşıl innovasiyalar”ın inkişafında mövcud vəziyyət və imkanlar, “yaşıl innovasiyalar”ın ölkə iqtisadiyyatına, biznesə və ətraf mühitə təsirinə dair müzakirələr aparılıb.

Məlum olduğu kimi 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Azərbaycanda keçiriləcək. Bu, “yaşıl iqtisadiyyat” və “yaşıl innovasiyalar” konsepsiyasına diqqəti daha da artırıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən KOB-ların “yaşıl iqtisadiyyat”, “yaşıl enerji” və “yaşıl innovasiyalar”ın əhəmiyyəti barədə məlumatlılığının artırılması, fəaliyyətlərində ətraf mühitlə bağlı məsələlərin diqqətdə saxlanılması üçün mütəmadi olaraq sahibkarlar üçün məlumatlandırıcı görüşlər və təlimlər keçirilməkdədir.

KOBİA-nın təşkilatçılığı ilə növbəti belə tədbir “Yaşıl innovasiyaların inkişafında mövcud imkanlar, çətinliklər və perspektivlər” mövzusuna həsr olunub. Onlayn görüşdə 80-ə yaxın KOB subyekti, Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat nazirliklərinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, İqtisadi Zonaların İnkişafı Agentliyinin, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Sahibkarlığın İnkişafı Fondunun, “Təmiz şəhər” ASC-nin və Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları Assosiasiyasının nümayəndələri iştirak ediblər.

Görüş çərçivəsində dövlət qurumları tərəfindən “yaşıl iqtisadiyyat”, bu sahədə həyata keçirilən layihələr və yeniliklər barədə təqdimatlar keçirilib, “yaşıl innovasiyalar”ın inkişafında mövcud vəziyyət və imkanlar, “yaşıl innovasiyalar”ın ölkə iqtisadiyyatına, biznesə və ətraf mühitə təsiri, ekoloji təmiz məhsul istehsalı, sahibkar-universitet əməkdaşlığı kimi mövzularda fikir mübadiləsi aparılıb. Həmçinin görüş çərçivəsində sahibkarların “yaşıl innovasiyalar”ın tətbiqi sahəsində çətinlikləri və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

KOB subyektlərinin “yaşıl iqtisadiyyat” və “yaşıl innovasiyalar” konsepsiyası barədə məlumatlılığının artırılması və biznesdə tətbiqinin təşviqi məqsədilə belə tədbirlər davam etdiriləcəkdir.

Related posts

POS-terminallardan istifadə ilə bağlı nəzarət tədbirləri davam etdirilir – Foto

COP29 çərçivəsində SOCAR ilə “Tree Energy Solutions” arasında Birgə Tədqiqat Sazişi imzalanıb

COP29 çərçivəsində aqroərzaq sistemlərinin dayanıqlığına nail olunması mövzusunda panel müzakirə keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı