Yaxın Şərq və Şimalı Afrika regionu üzrə e-kommersiya bazarının həcmi açıqlanıb

2022-ci ildə Yaxın Şərq və Şimali Afrika regionu üzrə e-kommersiya bazarının həcmi 37 milyard dollara çatıb. Regionun ikirəqəmli inkişafına səbəb isə internet istifadəçilərinin sayının artması, inkişaf etmiş infrastruktur və dəstəkləyici qanunlar olub. Həmçinin rəqəmsal ödəniş platformalarının yaranması, onlayn supermarket alışlarının artması və texnologiya təşəbbüslərinin yüksəlməsi də bazarın həcminin artmasına təsir göstərib.

BBN.az thefintechtimes.com-a istinadən xəbər verir ki, bu haqda EZDubai-nin hesabatında bildirilib. Qeyd edilib ki, bazarın ümumi həcminin 72.1%-i isə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı və İsrailin payına düşüb. Bu 3 ölkədə inkişafa səbəb isə əhalinin texnologiyaya əlçatanlığı, internet istifadəçilərinin çoxluğu və hökumətin güclü maliyyə dəstəyidir.

Related posts

“Milliön” Yevlax Xidmət Mərkəzi yerli əhalinin ixtiyarına verilib

Visa ABB-nin layihələrini mükafatlandırdı

“Uşaq Qaynar Xətti”nə son altı ayda 851 müraciət daxil olub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı