Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Yazlıq əkin bəyan edən fermerlərə subsidiya kartları paylanır - BBN

Yazlıq əkin bəyan edən fermerlərə subsidiya kartları paylanır

Yazlıq əkinlərini bəyan edərək əkin subsidiyasına müraciət edən fermerlərə Fermer Kartı paylanmasına başlanılıb. İlkin olaraq, cari ilin aprel ayının sonuna qədər Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) Subsidiya İnformasiya Sistemində yazlıq əkinlər barədə elektron bəyanları dolduran və monitorinqdən keçən 14 min fermerin adına Fermer Kartları Aqrar Kredit və İnkişaf Agentliyinin sifarişi əsasında Kapital Bank ASC tərəfindən çap edilib və bankın regionlardakı filiallarına göndərilib.  

Qeyd edək ki, bu ildən etibarən kənd təsərrüfatı məhsulları istehsalçılarının (fermerlərin) subsidiyalara müraciəti və onlara bu sahədə göstərilən xidmətlər EKTİS üzərindən onlayn qaydada həyata keçirilir. Bu günədək EKTİS-də 500 min nəfərdən artıq fermer qeydiyyatdan keçib. Payızlıq əkinlərə görə subsidiya üçün müraciət etmiş fermerlərə Fermer Kartı paylanıb, subsidiya ödənişləri həyata keçirilib. Növbəti ildə payızlıq əkinlərə görə əkin subsidiyası almaq üçün bəyanlara cari ilin sentyabr ayından etibarən başlanacaq. 

Hazırda yazlıq əkinlərlə bağlı monitorinqlər davam edir və nəticələrə uyğun olaraq ödənişlər həyata keçiriləcək. Eyni zamanda fermerlərin yazlıq əkinlərlə bağlı bəyan prosesi may ayının sonunadək davam edəcək.

Related posts

Yelo Bank-da ilk “Yelo İnvestisiya Paneli” keçirilib

Azərbaycan və Belarus turizm sahəsində əməkdaşlığı gücləndirir

“Azerconnect Group” “mygov” platformasına qoşulub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı