Yeddi ayda Bakıda ticarət dövriyyəsinin həcmi 3,1% artıb

Cari ilin yanvar-iyul aylarında Bakıda ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 3,1% artaraq 11 milyard 533,2 milyon manat olub.

Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata əsasən, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,4% artaraq 5 milyard 267,7 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,1% artaraq 6 milyard 265,5 milyon manata bərabər olub.

İstehlak məhsullarının 27,9% hüquqi şəxs statuslu müəssisələrdə, 46,1% fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 26% isə paytaxtın məhsul bazarlarında satılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır