Yeddi mərkəzi bank CBDC üzrə ortaq hesabat hazırlayıb

Mərkəzi banklar tərəfindən idarə edilən rəqəmsal valyuta (CBDC) konsepsiyası artıq uzun müddətdir ki, dünya ölkələrinin diqqət mərkəzindədir. Bir sıra ölkələrdə artıq pilot layihə kimi icrasına başlanılan bu trendin artıq əksər İEÖ-lərdə araşdırma və tərtibat (R&D) proseslərinə başlanılıb.

Artıq əksər monetar institutların maraq mənbəyinə çevrilən bu konsepsiya haqqında hesabat tərtib edilib. Yeddi fərqli mərkəzi bank (“Bank of Canada”, “Bank of England”, “Bank of Japan”, “European Central Bank”, “Federal Reserve”, “Sveriges Riksbank”, “Swiss National Bank”) və BIS (“Bank for International Settlements”) arasında tərəfdaşlıq nəticəsində ərsəyə gətirilən bu hesabat özündə sözügedən valyutanın pərakəndə sektorda tətbiqinin siyası və praktiki cəhətdən araşdırmasını əks etdirib.

Üç hesabatdan ibarət olan araşdırmanın ilk hissəsində CDBC-lərin tətbiqi zamanı dövlət və özəl sektorun qarşılıqlı əməkdaşlığının və inteqrasiyasının vacibliyi vurğulanıb.

İkinci hesabatda, CDBC-lərin pərakəndə sektora inteqrasiyası üçün texnoloji avadanlıqların yetərsizliyi və inkişaf perspektivlərinə fokuslanılıb.

Üçüncü hesabatda isə, hazırki bankçılıq sisteminin rəqəmsal valyutaların tətbiqinə dayanıqlılığı və rəqəmsal valyutanın tətbiqinin bank sektoruna göstərə biləcəyi təsirlər əks etdirilib.

İngilis dilində tərtib edilən ümumi hesabatla buradan tanış ola bilərsiz.

Məlumat üçün qeyd edək ki, hazırda dünyada 5 ada ölkəsində (Baham adaları, Sent Kit və Nevis, Antiqua və Barbuda, Sent Lucia və Qrenada) CBDC-lərin pərakənda satış sektorunda tətbiqinə start verilib. 14 ölkədə isə pilot layihə olaraq testlərə başlanılıb.

Related posts

Bu günün valyuta məzənnələri-16.07.2024

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.07.2024)

Növbəti valyuta hərracı keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı