Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Yelo Bank əməkdaşları arasında futbol turniri keçirildi 

Yelo Bank əməkdaşları arasında futbol turniri keçirildi

Yelo Bank əməkdaşlarının asudə vaxtının səmərəli təşkili, sağlam həyat tərzi və idmana marağın artırılması məqsədilə daxili futbol turniri təşkil edib. “OLEY Cup 2022” adlı turnirdə Bakı şəhəri və regionları təmsil edən 20 komanda öz güclərini sınayıblar. Gərgin və olduqca həyəcanlı keçən mübarizədə 3-cü yer uğrunda Sumqayıt və FİM komandaları üz-üzə gəliblər. Nəticədə qarşılaşmanın qalibi Sumqayıt komandası olub. KBD-1 və Qaradağ komandalarının çempion adı uğrunda yarışdığı son görüş də olduqca maraqlı anlarla yadda qalıb. Yekunda 4:1 hesab üstünlüyü ilə KBD-1 komandası “OLEY Cup 2022” çempionu adını qazanıb. Turnirin qaliblərinə kubok, medallar və pul mükafatı təqdim edilib.

Qeyd edək ki, Yelo Bank əməkdaşları arasında komanda ruhununun yüksəldilməsinə xüsusi diqqət göstərir.  “OLEY Cup” turnirinin növbəti il də keçirilməsi və başqa daxili tədbirlərin təşkili də planlaşdırılır.

Bank xidmətləri, o cümlədən, kredit, məzənnə və xaricə köçürmələr haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!

Related posts

Azərbaycan və Belarus turizm sahəsində əməkdaşlığı gücləndirir

“Azerconnect Group” “mygov” platformasına qoşulub

SOCAR-ın ABŞ şirkətləri ilə birgə həyata keçirdiyi layihələr barədə fikir mübadiləsi aparılıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı