Yelo Bank “Əngəlsiz karyera” sərgisində iştirak edib

Yelo Bank-ın Korporativ Sosial Məsuliyyət strategiyasının əsas istiqamətlərindən olan gənclər və onlara dəstək məqsədli təşəbbüsləri davam edir. Bu dəfə Bankın işəqəbul komandası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi Türk Dünyası Qadın Platformasının (TÜRKAP) təşkil etdiyi “Əngəlsiz karyera” sərgisində iştirak edib. Burada gənclər Yelo Bank-da mövcud vakansiyalar, təcrübə proqramları ilə tanış olub, öz CV-lərini yerində təqdim etmək, karyera perspektivlərini müzakirə etmək imkanı qazanıblar. “Əngəlsiz karyera” sərgisinin təşkilində məqsəd fiziki məhdudiyyəti olan gənclərin işlə təmin olunmasına və cəmiyyətə inteqrasiyasına dəstək verməkdir. 

Qeyd edək ki, Yelo Bank ölkəmizdəki aparıcı ali məktəblərlə əməkdaşlığı, karyera tədbirlərində fəal iştirakını artıq bir ənənəyə çevirib. Bankda təcrübəsi olmayan gənclər üçün bir sıra karyera yönümlü layihələr təşkil olunur. Bu layihələr həm maarifləndirici, həm də real iş təcrübəsi qazandırmaqla yanaşı, seçilən iştirakçılara Yelo-da işə düzəlmək şansı da yaradır. Layihələr haqqında xəbərdar olmaq üçün Bankın rəsmi veb-saytını, həmçinin, “Yelo Team” sosial media hesablarını izləyə bilərsiniz. 

Bank xidmətləri haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!

Related posts

Xalq Bankdan Visa Infinite kartını 50% endirimlə əldə edin

Birbank taksit kartı sahiblərinə Trendyol ödənişlərində hissəli ödəmə imkanı

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı