“Yelo Bank” 20 milyondan çox xalis mənfəət əldə edib

“Yelo Bank” ASC 2023-cü ilin yekunu üzrə maliyyə nəticələrini açıqlayıb.

Rəqəmlərə baxdıqda ötən il “Yelo Bank”ın ili idi desək, yanılmarıq. İlk növbədə Bankın xalis mənfəəti il ərzində 4 dəfə artaraq 20 milyon manatı keçib.

Ötən il “Yelo Bank” kredit portfelinin artım dinamikasını qoruyub saxlayıb. Ümumi kredit portfeli il ərzində 142 milyon, yəni 23 % artaraq 764 milyon manat olub.

Bankın strategiyasına uyğun olaraq kredit portfelinin mühüm hissəsini, yəni 63 %-ni biznes kreditləri təşkil edir. Ötən il 466 milyon manat biznes krediti verilib. Bununla da, Bankın biznes kredit portfeli 22 % artaraq 483 milyon manatı keçib.

2023-cü ildə 268 milyon manatdan çox istehlak krediti verilib. Nəticədə bu istiqamət üzrə kredit portfeli də 61 milyon, yəni 28 % artaraq 281 milyon manat təşkil edir. Bu satışın 60 %-dən çoxu onlayn kanalların payına düşür.

Bankın fiziki şəxslərin müddətli depozitlərinin məbləği il ərzində 36 % artaraq yarım milyarda yaxınlaşıb. Bu da “Yelo Bank”ın əmanət məhsullarının əhali üçün cəlbedici olduğunun göstəricisidir.

Eyni zamanda Bankın faiz və qeyri-faiz gəlirləri də artıb. İl ərzində faiz gəlirləri 30 %-lik artımla 113 milyon, qeyri-faiz gəlirləri isə 21 % artımla 12 milyon manata çatıb.

Hesabat dövrünə Bankın məcmu kapitalı 109 milyon manatı ötüb. Bu isə 2022-ci ilin sonu ilə müqayisədə 16 milyon manat daha çoxdur.

Ötən il “Yelo Bank” regionlarda xidmət şəbəkəsini genişləndirib. Xaçmaz, Tovuz və Masallıda rəqəmsal konseptli yeni filiallar müştərilərin xidmətinə verilib. 2024-cü ildə də Bankın parlaq bankçılıq konseptinə uyğun yeni filiallar istifadəyə veriləcək, o cümlədən, mövcud filiallar daha da təkmilləşdiriləcək.

Bankda depozit yerləşdirmək istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və yaxud Facebook, Instagram , Whatsappyelo.az hesablarımızı ziyarət edin.

“Yelo Bank” – Parlaq bankçılıq!

Related posts

Nazirlər Kabineti maliyyə bazarları ilə bağlı qərar verib

Bank Respublika “İlin Bankı” adına layiq görüldü

Kapital Bank tələbələr üçün “Emosional zəka” mövzusunda təlimlər keçirdi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı