Yelo Bank ADA-nın “Karyera Həftəsi”ndə iştirak edib

Yelo Bank hər il ADA-da keçirilən “Karyera Həftəsi”ndə iştirak edib. Bu tədbir tələbə və məzunlara aparıcı şirkətlərin nümayəndələri ilə görüşmək, əmək bazarı ilə tanış olmaq, karyera və təcrübə fürsətləri haqqında öyrənmək üçün unikal imkan yaradır. Tədbir zamanı Yelo Bank nümayəndələri tərəfindən iştirakçılara uğurlu karyera qurmağa kömək edəcək seminarlar və vörkşoplar keçirildi. Seminarlar iş mühitində emosional zəkanın rolu, müsahibə, iş etikası bacarıqlarının inkişafı, uğurlu sahibkarın keyfiyyətləri və şəxsi brend kimi olduqca aktual mövzuları əhatə edirdi. 

Qeyd edək ki, Yelo Bank gənclərə dəstək naminə bir çox universitetlərlə aktiv əməkdaşlıq edir. Tələbələrə gələcək karyeraları üçün faydalı biliklər qazandırmaq, onların bacarıqlarını inkişaf etdirmək və real iş təcrübəsi qazandırmaq Bankın əsas sosial missiyalarından biridir. Qarşıda Yelo Bank-ın ənənəvi yay təcrübə proqramının başlaması, “Walk and Talk” səyyar mentorluq layihəsinin həyata keçirilməsi nəzərdə tutulub.
Bankda vakansiya ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.

Related posts

Xalq Bankdan Visa Infinite kartını 50% endirimlə əldə edin

Birbank taksit kartı sahiblərinə Trendyol ödənişlərində hissəli ödəmə imkanı

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı