Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Yelo Bank bayram ərəfəsində şəhid ailələrini ziyarət etdi - BBN

Yelo Bank bayram ərəfəsində şəhid ailələrini ziyarət etdi

Yelo Bank Vətənimizin ərazi bütövlüyü naminə döyüşmüş, torpaqlarımız uğrunda şəhid olmuş hərbçilərimizə və onların ailələrinə dəstək göstərməyi özünün vətəndaşlıq və insanlıq borcu hesab edir. Bu dəfə Bank müqəddəs Ramazan bayramı münasibətilə Qarabağ uğrunda döyüşlərdə şəhid olan qəhrəmanlarımızın ailələrinə dəstək oldu.

Xocavənd rayonu Qızıl Aypara Cəmiyyəti ilə birlikdə şəhidlərimizin əmanəti olan ailələrə bayramqabağı ziyarət edildi. Bankın və Cəmiyyətin birgə maliyyə dəstəyi ilə hazırlanmış bayram sovqatlarından ibarət bağlamalar onlara təhvil verildi.

Xatırladaq ki, Yelo Bank korporativ sosial məsuliyyəti çərçivəsində şəhid ailələri və qazilərimizə həssaslıqla yanaşır və Qarabağ döyüşlərinin ilk günlərindən bu istiqamətdə çoxsaylı layihələr həyata keçirir.


Bank xidmətləri (kredit, kart, depozit, mobil əlavə və s.) haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın cavablandıraq!

Yelo Bank – Parlaq bankçılıq!

Related posts

VTB (Azərbaycan) ABA tərəfindən mükafatlandırılıb

Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb

AccessBank-dan “Gül kimi” təklif

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı