Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Yelo Bank-da Qadınlar Günü möhtəşəm konsertlə qeyd edilib - BBN

Yelo Bank-da Qadınlar Günü möhtəşəm konsertlə qeyd edilib

8 Mart – Beynəlxalq Qadınlar Günü Yelo Bank-da özünəməxsus şəkildə qeyd edilib. Bank artıq ənənə halını almış növbəti möhtəşəm musiqili axşama ev sahibliyi edib. Bankın Baş ofis binasının tədbir zalında tanınmış pianist İsfar Sarabski ilə ölkəmizi Avroviziya-2008 müsabiqəsində təmsil etmiş Elnur Hüseynovun “Ejazzkar” adlı konserti keçirilib. Onlar birlikdə unudulmaz ab-hava yaradaraq təkrarolunmaz performansları ilə qonaqları valeh ediblər. Konsertdə İsfarın solo ifası və onun müşahidəsi ilə Elnurun yerli və dünya musiqilərinə verdiyi yeni nəfəs gurultulu alqışlarla qarşılanıb. Qeyd edək ki, tədbir Yelo Bank və Cult Baku Club platformasının birgə təşkilatçılığı ilə keçirilib.

Yelo Bank korporativ mədəniyyətə hər zaman innovativ yanaşır. Baş ofisin 400 nəfərlik tədbir zalında bundan öncə də mötəbər tədbirlər təşkil edilib. Burada xalq artisti Fidan Hacıyeva və onun qadınlardan ibarət ilk kamera orkestri ‘Mezzo”, əməkdar artist Şahin Növrəsli və onun triosu, Azərbaycan Dövlət Akademik Filarmoniyasının kamera orkestri musiqili proqramla çıxış ediblər. Bu cür tədbirlərin keçirilməsi yerli və beynəlxalq mədəni irsin təbliğinə dəstək verir. Bank gələcəkdə də incəsənət tədbirlərinin keçirilməsinə sadiq qalacaq.

Yelo Bank-dan onlayn kredit əldə etmək istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

Related posts

İcbari Sığorta Bürosu 4 yeni elektron xidməti istifadəyə verib

Azərbaycan Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondu makroiqtisadi vəziyyəti müzakirə edib

Azərbaycan Respublikasının Mərkəzi Bankı: Pul-kredit siyasəti inflyasiyanın hədəf diapazonunda saxlanılmasına yönəlib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı