Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Yelo Bank-da Qadınlar Gününə həsr olunmuş caz konserti keçirildi - BBN

Yelo Bank-da Qadınlar Gününə həsr olunmuş caz konserti keçirildi

Yelo Bank-da 8 Mart Qadınlar günü münasibətilə tanınmış ifaçı, bəstəkar Şahin Növrəslinin xanımlara hərs olunmuş “Jazzibədar” adlı konserti baş tutub. Tədbir başlamazdan öncə Bankın İdarə Heyətinin sədr müavini Günay Cəlilova qonaqları salamlayaraq gecənin əsas səbəbkarları olan xanımların cəmiyyətimizin həyatında əvəzsiz rolundan bəhs etdi. Konsertdə Növrəsli trio ənənəvi və müasir caz səslərinin unikal sintezini ifa etdi. Hər bir musiqi öz sehrli ab-havası ilə bütün cazsevərlərə valehedici təcrübə yaşadıb. Xüsusilə Vaqif Mustafazadənin “Fantaziya”sı ilə yekunlaşan canlı ifa gecənin ən yaddaqalan hissəsi oldu. Qonaqları təəccübləndirən digər əsas isə məqam konsert kimi böyük tədbirin məhz Bankın ərazisində keçirilməsidir. Yelo Bank-ın baş ofisi 400 nəfərlik böyük tədbir zalına sahibdir. Burada film nümayişi, müxtəlif tanınmış şəxslərin çıxışları və başqa mühüm tədbirlər həyata keçirilir. Qeyd edək ki, konsert Yelo Bank və Cult Baku Club platformasının təşkilatçılığı ilə keçirilib.

Bank xidmətləri, həmçinin, onlayn kredit haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!

Related posts

Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi

PAŞA Bank kredit portfelini 5-10 faiz artırmağı planlaşdırır

PAŞA Bank IPO üzrə təqdimat tədbiri keçirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı