Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Yelo Bank-dan KOB-lara faizsiz dəstək! - BBN

Yelo Bank-dan KOB-lara faizsiz dəstək!

Fərdi prinsiplərə sahib kiçik və orta sahibkarların inkişafını dəstəkləmək üçün Yelo Bank yeni – faizsiz KOB kredit məhsulunu təqdim edir! Adından da göründüyü kimi, bu kredit məhsulunda faiz hesablanmır. Kreditdən istifadəyə görə aylıq əsasda və qalıq məbləğə uyğun olaraq komissiya haqqı tətbiq olunur.

Bu məhsulun yaradılmasında əsas məqsəd, ənənəvi faizli kredit məhsullarından yararlana bilməyən sahibkarlara da maliyyə dəstəyi göstərmək və onların biznes ehtiyaclarını qarşılamaqdır. Yeni məhsul sayəsində bu kateqoriyaya aid müştərilər bizneslərini inkişaf etdirmək üçün daha uyğun şərtlərlə maliyyələşmə imkanı əldə edəcəklər.

Faizsiz KOB krediti avadanlıq yenilənməsindən xidmət sahələrinin genişləndirilməsinə qədər müxtəlif məqsədlər üçün istifadə oluna bilər. Sadə müraciət prosesi və çevik şərtlər isə bu imkanı daha da əlçatan edir.

Məhsulun əlavə üstünlükləri:

  • 30 000 AZN-dən başlayan kredit vəsaiti
  • 24 ayadək güzəşt müddəti
  • 60 ayadək ödəmə imkanı
  • Məbləğ və müddət üzrə çevik seçim
  • Tam onlayn sifariş imkanı

Biznesinizin böyüməsi üçün maliyyə yükünü minimuma endiririk. Elə indi Yelo Bank-a müraciət edin və faizsiz dəstək fürsətindən yararlanın. Onlayn sifariş üçün: https://bit.ly/47GgneE.

Bank xidmətləri, o cümlədən faizsiz kredit ilə bağlı ətraflı məlumat almaq istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

 

 

Related posts

Mərkəzi Bank Azərbaycan Dillər Universitetində “İqtisadi jurnalistikanın inkişafına dəstək proqramı”nı keçirir

ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək

“PAŞA Bank” IPO-ya çıxır: Səhmlərin qiyməti 55 manat müəyyən edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı