Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub – Foto

Qarşıdan 1 İyun – Uşaqların Ümumdünya Müdafiəsi günü gəlir. Bu günün əsas məqsədi sağlamlıq imkanlarından asılı olmayaraq hər bir uşağa bərabərhüquqlu və parlaq gələcək təmin etməkdir. Korporativ Sosial Məsuliyyətli bank kimi Yelo, autizmli uşaqlar üçün növbəti dəfə xoş təşəbbüs göstərib. Bank 20-dən çox uşaq və yeniyetmənin cəlb olunduğu Autizm Futbol Komandasına dəstək layihəsi keçirib.

Ötən gün Yelo Bank-ın ofisində həyəcan, sevinc və sürpriz dolu anlarla yadda qalıb. Autizm Futbol Klubunun oyunçuları və məşqçi heyəti Baş ofisdə qonaq olublar. Əvvəlcə qonaqlara ofis tur təşkil olunub. Onlar həm Yelo Bank-ın ofis şəraiti, həm də kollektivi ilə yaxından tanış olublar. Daha sonra Bankın idman zalında futbol, boççi və stolüstü tennis yarışları keçirilib. Yarışlarda autizmli uşaqlar Yelo Bank-ın komandası ilə yoldaşlıq oyununda üz-üzə gəliblər. Klubun gənc oyunçuları hər üç idman növündə peşəkarlıq göstərib, Yelo Bankın komandasını üstələyə biliblər. Tədbirin sonunda isə klubun üzvlərinə Yelo formaları və gələcək yarışlara hazırlıq üçün zəruri idman ləvazimatları hədiyyə olunub. Autizm Futbol Klubu bundan sonrakı yarışlarında Yelo forması ilə təmsil olunacaqlar. Yelo Bank bu formaların onlara uğur gətirəcəyinə inanır!

Bu kimi tədbirlər sayəsində autizmli uşaqların sosiallaşmasında rol oynamaq, onları cəmiyyətə qazandırmaq və xoşbəxt xatirələr bəxş etmək mümkündür. Yelo Bank tərəfindən atılan bu addımın əsas məqsədi autizm barədə cəmiyyəti məlumatlandırmaq, autizmin xəstəlik yox, fərqlilik olduğu mesajını ötürməkdir.

Online tez kredit əldə etmək istəyirdiniz? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

Related posts

ABA Rəyasət Heyətinin geniş tərkibdə onlayn iclası keçirilmişdir

Unibank jurnalistlər üçün dayanıqlı maliyyə mövzusunda seminar keçirib

İİTKM-də Mərkəz Bankla 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası müzakirə olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı