Yelo Bank ilk yerli PR Forumuna dəstək oldu! – Foto

Böyük tədbirlərə ev sahibliyi etməyi xoş ənənəyə çevirən Yelo Bank, bu dəfə Baş Ofisində PR Forum 2024 iştirakçılarını qonaq etdi. Belə ki, 27 noyabrda Yelo Bank-ın dəstəyi, Finance Time şirkətinin təşkilatçılığı və 123media-nın birgə təqdimatı ilə PR Forum 2024 keçirildi.
Yelo Bank-ın İdarə heyətinin sədri Anar Həsənov öncə qonaqları salamladı, hazırkı dövrdə PR sahəsindəki çətinliklərə diqqət çəkdi və bu məsuliyyətli işdə hər kəsə uğurlar arzuladı.
Süni İntellekt, Böhran kommunikasiyası və Strateji kommunikasiya panelləri üzrə baş tutan forumda sektorun tanınmış simaları çıxış etdi. Onlar öz uğur hekayələrini, nailiyyətlərini və çətinlikləri necə aşdıqlarını paylaşdılar.
Forum sektordakı şəxsləri bir araya gətirərək, yeni əlaqələrin qurulmasına və peşəkar şəbəkələşmənin formalaşmasına vəsilə oldu. Yelo Bank bu kimi tədbirlərdə fəal iştirakı ilə medianın inkişafını və şəffaf iş mühitinin formalaşmasını dəstəkləyir.
Bank xidmətləri, o cümlədən onlayn kredit haqqında əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

Related posts

Dələduzlardan qorunmağın 12 yolu

Ziraat Bank Azərbaycanın İdarə Heyətinin sədri ABA-nın 35 illiyini təbrik edib

Azərbaycan nümayəndə heyəti Pakistana səfər edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı