Home » Yelo Bank-ın sədri Anar Həsənov ABA-nı 35 illik yubileyi münasibətilə təbrik edib

Yelo Bank-ın sədri Anar Həsənov ABA-nı 35 illik yubileyi münasibətilə təbrik edib

by anar
0 comments 19 views 1 minutes read

Azərbaycan Banklar Assosiasiyası (ABA) fəaliyyətinin 35-ci ilini qeyd edir. Bu münasibətlə Yelo Bank-ın İdarə Heyətinin sədri Anar Həsənov ABA-nı təbrik edib:

“Hörmətli, Azərbaycan Banklar Assosiasiyası,

Yelo Bank adından sizi qurumunuzun 35 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm! Bu illər ərzində ABA-nın bank sektoruna gətirdiyi dinamizm, cəmiyyətin maliyyə mədəniyyətinə verdiyi töhfələr və xüsusilə də gələcəyə yönəlmiş təşəbbüsləri təqdirəlayiqdir. Assosiasiyanın təşəbbüskarlığı və peşəkarlığı ölkəmizdə müasir bankçılıq dəyərlərinin formalaşmasında, sektorun beynəlxalq səviyyədə tanınmasında və maliyyə mədəniyyətinin genişlənməsində önəmli rol oynayıb.

Yelo Bank olaraq, həmişə daha irəliyə baxır, dəyişən dünyaya uyğunlaşan, rəqəmsal və çevik maliyyə ekosistemi qurmaq üçün çalışırıq. Bu yolda ABA ilə tərəfdaşlığımız bizim üçün çox dəyərlidir. Əminik ki, ABA ilə birgə təşəbbüslərimiz yaxın gələcəkdə də parlaq nəticələr doğuracaq.

Uğurlu əməkdaşlığımızın davamını diləyir, bütün ABA rəhbərliyinə və komandasına yeni zirvələr, innovativ ideyalar və davamlı uğurlar arzulayırıq! Yolunuz daim işıqlı olsun!”
Bank xidmətləri haqqında əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.