Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Yelo Bank "Parlaq İmzalar" nəşriyyatı ilə yeni layihəyə start verdi - Foto - BBN

Yelo Bank “Parlaq İmzalar” nəşriyyatı ilə yeni layihəyə start verdi – Foto

Yelo Bank innovativ və düşünülmüş layihələri ilə müştəri məmnuniyyətini artırmağa davam edir. Bu təşəbbüsün davamı kimi “Parlaq İmzalar” nəşriyyatı ilə birlikdə əməkdaşlıq layihəsi həyata keçirib. Artıq Bankın yeni konseptli xidmət mərkəzlərində növbə gözləyərkən kitab oxuya bilərsiniz. Layihənin əsas məqsədi müştərilər üçün filiallarda qonaqpərvər mühit yaratmaq və onların vaxtını mütaliə ilə səmərəli dəyərləndirməyə həvəsləndirməkdir.

Bu əməkdaşlıq çərçivəsində Bankın dəstəyi ilə “Parlaq İmzalar” nəşriyyatı tərəfindən Cek Londonun “Həyat Eşqi”, Frans Kafkanın “Atama məktub”, Ştefan Svayqın “Şahmat”, Anton Çexovun “Qılaflı adam” kimi əsərləri çap olunub. “Yoldaş” seriyasına aid olan bu kitabların əsas özəlliyi dünya ədəbiyyatının qısa və mükəmməl əsərlərindən ibarət olmasıdır. Gələcəkdə əməkdaşlığın davamı kimi bir sıra yeni kitablar orijinal dillərdən tərcümə əsasında nəşr ediləcək.

Bank xidmətləri (https://www.yelo.az/az/individuals/loans/ipoteka-krediti/) ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

Related posts

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Yanvarda dövlət büdcəsindən 15,8 milyon manata yaxın vəsait geri qaytarılıb

Bakı Fond Birjası Yelo Bank-da ilk “Yelo İnvestisiya Paneli” ndə iştirak edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı