Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Yelo Bankın daha bir rəqəmsal filialı Xaçmazda! - BBN

Yelo Bankın daha bir rəqəmsal filialı Xaçmazda!

Yelo Bank regionlarda müştərilərinə daha yaxın olmaq üçün daha bir filialını istifadəyə verdi. Bu dəfə Bank Xaçmazda rəqəmsal konseptli parlaq filialını yerli sakinlərə təqdim etdi. Rəqəmsal filialın ənənəvi analoqlarından əsas üstünlüyü ondadır ki, burada bank əməliyyatları aparatlar vasitəsilə aparılır. Müştərilər bank əməkdaşı olmadan sərbəst şəkildə kart, biznes və istehlak krediti əldə edə, əmanət hesabı aça bilir. Bununla yanaşı, 24/7 rejimində hesablara mədaxil, kartdan vəsaitin nağdlaşdırılması, müxtəlif ödənişlər də etmək mümkündür. Bütün bu proseslər rəqəmsal filialda daha operativ və çevik baş verir.

Filialın açılışı münasibətilə “Yelo Bank”ın İdarə Heyətinin sədr müavini Elşən Pirmalıyev öz fikirlərini bildirib: “Xaçmaz filialı 2023-cü ildə regionlarda ilk istifadəyə verdiyimiz filial oldu. Əsas məqsədimiz burada fəaliyyət göstərən sahibkarlıq subyektləri və fərdi müştərilərə müxtəlif növ keyfiyyətli bank xidmətlərini göstərməkdir. “Parlaq Bankçılıq” konseptli bu rəqəmsal filialımız da digərləri kimi müştərilərə maksimal rahatlıq və sadə həllər təqdim edəcək. Əməliyyatların kassa olmadan aparatlar vasitəsilə aparılması nağdsız ödənişlərin inkişafına da öz töhfəsini verəcək. İlin sonunadək ölkənin digər bölgələrində xidmət şəbəkəmizi eyni konseptdə genişləndirməyə davam edəcəyik”.

Yeni filial Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi, 8C ünvanında yerləşir. Qeyd edək ki, hazırda Yelo Bank-ın 17 filialı və 1 özünəxidmət mərkəzi fəaliyyət göstərir.

Bank xidmətləri haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!

Related posts

Kreditlərini Unibanka gətir, 7 %-dək endirim əldə et!

VTB (Azərbaycan) baş ofisində “Talassemiyasız Həyat” Fonduna dəstək məqsədilə qanvermə aksiyası keçirdi

AMB milli pul nişanlarının dəyişdirilməsi prosedurunda yenilik edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı