“Maliyyə savadlılığı” portalında yeni animasiya yerləşdirilib

Azərbaycan Respublikası Mərkəzi Bankı özünün təşkilati missiyasına əsasən, əhali arasında maarifləndirmə fəaliyyətlərini və “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” sərlövhəli 5-ci Strateji hədəfinin icrasını davam etdirir.

BBN.az xəbər verir ki, Mərkəzi Bank tərəfindən həyata keçirilən maarifləndirmə təbdirləri zamanı müasir intellektual resurslardan uğurla istifadə olunur. “Maliyyə savadlılığı” portalında (https://bizimpullar.az) Mərkəzi Bankın əhalinin maarifləndirilməsi istiqamətində hazırladığı müxtəlif animasiyalar, iqtisadi məzmunlu oyunlar və kalkulyatorlar, müsabiqələr və s. haqqında məlumatları yerləşdirilib. Bank xidmətlərinin təşviqi portalın əsas istiqamətlərindən biri olduğundan geniş əhali üçün “Bank seyfləri” animasiyası hazırlanıb. Animasiyada bu xidmətin məqsədi, digər saxlanc yerlərindən üstünlükləri, rəsmiləşdirmə və istifadə qaydaları, saxlanc müddəti və digər məsələlər barədə ətraflı məlumat verilib.

Animasiyaya aşağıdakı linkdə baxmaq olar:

https://bizimpullar.az/popup/media/113?cat=Blocks&file=0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır