Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Yeni BirKart ilə 2 qat bonus qazanmaq mümkün oldu - BBN

Yeni BirKart ilə 2 qat bonus qazanmaq mümkün oldu

Ölkənin ən məşhur taksit kartı olan BirKart-ın yeni növü müştərilərə təqdim edildi. BirKart ƏDV kartı ilə müştərilər əməliyyat apararkən 2 qat ƏDV bonus qazana biləcəklər. Bunun üçün yeni kartı Birbank-da qeydiyyat etmək və nağdsız ödənişlər həyata keçirmək kifayətdir.  

Yeni BirKart ƏDV kartını Kapital Bank filiallarından və Bravo hipermarketlərindən əldə etmək mümkündür. Müddəti 3 il olan debet kartın qiyməti 1 AZN-dən başlayır. Gələcəkdə bir sıra digər iri marketlərdə də kartların satışı həyata keçiriləcək. Məhsul barədə ətraflı məlumat üçün – https://kbl.az/bkedvd.

Qeyd edək ki, BirKart-ın 4 növü var – ƏDV, cashback, miles və Umico. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, kartı idarə etmək üçün rahat mobil tətbiqi, loyallıq sistemləri və pulsuz SMS məlumatlandırma xidməti. BirKart-ın ölkə üzrə 10 000-dən artıq partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.

BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. BirKart sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə SMS və ya (+994 50) 999 81 96 nömrəsinə WhatsApp vasitəsilə, həmçinin BirKart mərkəzlərinə müraciət etmək olar.

Related posts

PAŞA Bank 8 Mart münasibətilə premium Miles&Smiles kartlarına 50% endirim elan edir

VTB (Azərbaycan)-da sahibkarlar üçün Novruz kampaniyası davam edir

Unibankdan xanımlara 8 Mart hədiyyəsi- 8 %-lik kredit

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı