D.Trump FED sədri üçün namizədini açıqlayıb

ABŞ prezidenti Donald Trump FED rəhbərliyini İdarə Heyətinin üzvü olan Jerome Powella həvalə etdiyini açıqlayıb.

D.Trump dünya iqtisadiyyatının ən vacib aktyorlarından olan FED üçün seçdiyi namizədi Ağ Evdə təşkil etdiyi mətbuat konfransında açıqlayıb.

Prezident qeyd edib ki, vəzifəni bundan sonra Jerome Powell icra edəcəyi üçün xoşbəxtdir.

J.Powellin bu vəzifəyə seçilməsində onun Respublikaçı Partiyadan olması əhəmiyyətli rol oynayıb.

Qeyd edək ki, senatın təsdiq etməsi vəziyyətində, 64 yaşlı J.Powell Janet Yellenin yerinə keçmiş olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır