Yeni nəsil NKA-lar vasitəsilə dövriyyə artıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində 98.863 ədəd yeni nəsil NKA quraşdırılıb. Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. 2024-cü ilin yanvar-iyun ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 11 milyard 377,8 milyon manatdan artıq olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə  müqayisədə 9,9 faiz və ya 1 milyard manatdan çoxdur.

Related posts

Birinci yarımildə yaşıl enerji istehsalı artıb

Qızılın qiyməti düşüb

“AzerGold” QSC-dən 8 il ərzində məşğulluğa mühüm töhfələr

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı