Yeni neft quyusu istismara verilib

“Neft Daşları” yatağındakı 1954 saylı estakadayanı meydançadan 2688 nömrəli quyu qazmadan sonra istismara verilib.

Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməkialtı lay dəstəsinə qazılan quyu fontan üsulu ilə məhsul verib, 1331-1320 metr intervaldan sutkalıq 31 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır