Yeni reyestr faizlərin yaxşılaşmasına səbəb olacaq

Daşınar əmlakın yüklülüyü reyestri maliyyələşmənin qiymətini azaldacaq.

Bu haqda Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) hüquq məsləhətçisi Aqil Abdullayev “Daşınar əmlakın yüklülüyü islahatı: sorğunun nəticələri və növbəti addımlar” mövzusunda keçirilən konfransda çıxışı zamanı  bildirib.

Onun sözlərinə görə,  bu reyestrin istifadəyə verilməsi maliyyələşməyə çıxış imkanlarının artırılmasına və risklərin azaldılmasına, məsuliyyətli kreditləşməyə imkan verəcək. Həmçinin bu addım maliyyələşmənin qiymətinin azaldılmasına, faizlərin enməsinə və bundan irəli gələrək qeyri-rəsmi sektorudan keçidlərin yaranmasına gətirib çıxaracaq.

Bundan əlavə, daşınar əmlakın yüklülüyü reyestri maliyyə bazarında rəqabətin artmasına da səbəb olacaqdır,  qeyri-bank maliyyə təşkilatlarının inkişafına səbəb olacaqdır. Daşınar əmlak əsaslı kreditlərin aktuallaşması həmçinin maliyyə qurumlarının portfellərinin diversifikasiyasını da təmin edəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır