“İş yerinə dair arayış” elektron xidmətinə 815 mindən çox müraciət qeydə alınıb

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidmətindən 2017-ci il ərzində əvvəlki illə müqayisədə 48.3 faiz çox olmaqla 337 749 dəfə istifadə edilib.

İş yerinə dair arayış” e-xidmətinə müraciətlərin sayında hər ay artım dinamikası özünü göstərir. Buna misal olaraq, 2017-ci ilin dekabr ayında bu e-xidmətə müraciətlərin sayı əvvəlki noyabr ayına nisbətən 16,7%, 2016-cı ilin dekabr ayına nisbətən isə iki dəfəyə qədər artaraq 41 382-yə çatıb.

İş yerinə dair arayış” e-xidməti 3 ildən çoxdur ki, fəaliyyət göstərir və ötən müddətdə “Elektron hökumət” portalının e-arayışlar bölməsində ən çox istifadə edilən e-xidmətlər sırasında olub. İndiyədək “İş yerinə dair arayış” e-xidmətinə 815 mindən çox müraciət qeydə alınıb ki, bu da portaldakı 18 növdə e-arayış xidmətləri üzrə edilən ümumi müraciətlərin təqribən yarıya qədəri deməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır