Yerli istehsalçıların sərgisi keçiriləcək

Dekabr ayında keçiriləcək 1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisində 100-ə yaxın yerli istehsalçının məhsulları nümayiş olunacaq.

7-9 dekabr tarixlərində Bakı İdman Sarayında 1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi keçiriləcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə ilk dəfə təşkil olunacaq sərgidə ölkəmizdə fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilən qida, qeyri-qida, mebel, inşaat materialları, proqram təminatı, tekstil məhsulları, eləcə də müasir istehsal avadanlıqları və texnologiyaları nümayiş olunacaq.

Sərgidə Bakı şəhərində və ölkə regionlarında fəaliyyət göstərən 100-ə yaxın şirkətin istehsal etdiyi məhsullar nümayiş olunacaq. Sərgidə stend icarəyə götürmək, tanıtım imkanlarından faydalanmaq istəyən istehsalçı şirkətlər *0555 nömrəsinə müraciət edə bilərlər.

Sərginin məqsədi yerli məhsulların geniş istehlakçı auditoriyasına tanıdılması, yerli brendlərin istehsal texnologiyaları barədə alıcıları məlumatlandırmaq, alıcılar və satıcılar arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi, yerli məhsulların ixracı sahəsində əməkdaşlığın genişləndirilməsidir.

İş adamları Cəmiyyətinin Milli Assosiasiyası, Dövlət Məşğuluq Agentliyi, Sahibkarlığın İnkişafı Fondu və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rəsmi tərəfdaşlığı ilə keçiriləcək sərgi çərçivəsində həmçinin müxtəlif müsabiqələr, təqdimatlar və “B2B” görüşlərin keçirilməsi nəzərdə tutulur.

Sərgidə ziyarətçi qismində iştirak ödənişsizdir.

Sərgi ilə bağlı ətraflı məlumat və ziyarətçi kimi qeydiyyatdan keçmək üçün: 

Related posts

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Taxıl sahələrinin 85 faizində biçin başa çatıb

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı