Yerli KOB-lar Ciddədə keçirilən Beynəlxalq Kənd Təsərrüfatı və Qida Sərgisində iştirak edir

Səudiyyə Ərəbistanının Ciddə şəhərində Beynəlxalq Kənd Təsərrüfatı və Qida Sərgisi keçirilir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovun rəhbərlik etdiyi heyət də sərgidə təmsil olunur. 

200-dən çox şirkətin qatıldığı sərgidə Azərbaycan sahibkarlarının məhsul və xidmətləri də təqdim edilir. Belə ki, sərgidə KOBİA-nın Dəstək Proqramı çərçivəsində, “Muğan Bank”ın tərəfdaşlığı ilə yaradılmış xüsusi stenddə müxtəlif çeşiddə Azərbaycan məhsulları sərgilənir. KOBİA-nın stendində yerli KOB subyektlərinin şirniyyat və qənnadı məmulatları, quru meyvələr, şokolad, bitki çayları, eləcə də kənd təsərrüfatı sahəsində konsultasiya xidmətləri və s. nümayiş olunur.

Azərbaycanın stendi yerli əhali və xarici qonaqlar tərəfindən maraqla qarşılanır. 

Sərgi dekabrın 7-dək davam edəcəkdir. 

Related posts

Dövlətə məxsus səhmdar cəmiyyətin 30 faizlik səhm paketi özəlləşdirilib

“Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq – Bu tarixlərdə

Azərbaycan nefti ucuzlaşıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı