Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Yevlaxda iqlim dəyişikliyinə adaptasiya edən torpaq və resurs qoruyucu yeni texnologiyalar nümayiş olunacaq - BBN

Yevlaxda iqlim dəyişikliyinə adaptasiya edən torpaq və resurs qoruyucu yeni texnologiyalar nümayiş olunacaq

Aprelin 27-də Yevlax rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “İqlim dəyişikliyinə adaptasiya edən torpaq və resurs qoruyucu yeni texnologiyaların nümayişi” mövzusunda respublika müşavirəsi keçiriləcək. Tədbir Kənd Təsərrüfatı Nazirliyi və “Azərşəkər” MMC-nin birgə təşkilatçılığı, “GİLAN PİVOT” MMC-nin tərəfdaşlığı ilə baş tutacaq.

Müşavirənin keçirilməsində əsas məqsəd son dövrlərdə dünyada baş verən qlobal istiləşmənin kənd təsərrüfatına mənfi təsirlərinin azaldılması baxımından iqlim dəyişikliyinə adaptasiya edən nəmlik qoruyucu texnologiyaların və innovativ yeniliklərin ölkə ərazisində geniş tətbiq edilməsi, ətraf mühitin qorunması, quraqlıqdan əziyyət çəkən bölgələrdə fəaliyyət göstərən fermerlərin bilik və bacarıqlarının artırılması, həmçinin iri fermer təsərrüfatıları və aqroparklar tərəfindən bu sahədə əldə edilmiş təcrübələrin bölüşdürülməsidir.

Müşavirədə kənd təsərrüfatında tətbiq olunan innovativ texnologiyalar, texnikalar, müasir suvarma sistemləri, orqanik gübrələr və biopreparatlar nümayiş etdiriləcək, müşavirə iştirakçılarını maraqlandıran suallar cavablandırılacaq.

Respublika müşavirəsində Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyinin və müvafiq dövlət qurumlarının, iri fermer təsərrüfatlarının və aqroparkların, təchizatçı şirkətlərin nümayəndələrinin və fermerlərin iştirakı nəzərdə tutulur.

Müşavirədə iştirak etmək istəyən fermer və sahibkarlar aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

tel: 050 597 92 94 (Mətin Babayev)

tel: 051 232 47 73 (Vüqar Sadaylı)

Ünvan: Yevlax rayonu, “Azərşəkər” MMC-nin “Yevlax-Goranboy Aqroparkı”

Related posts

AQEM-ə üzv ölkələr KOB-ların yaşıl iqtisadiyyata keçidinə dair təcrübələrini bölüşüblər

“ASAN xidmət” qlobal məkanda nümunə kimi təqdim olunur

Naxçıvanın iqtisadi potensialı və tətbiq edilən güzəştlərlə bağlı tədbir keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı