“YouTube”a külli miqdarda pul cəzası tətbiq edilə bilər

Son zamanlarda uşaq hüquqlarını pozması ittihamı ilə tənqidlərə məruz qalan “YouTube” video platformasının uzun müddətdir ki, yayım siyasəti və xüsusilə uşaqlara olan mənfi təsiri araşdırılırdı.

Məlum olub ki, platforma 13 yaşından aşağı uşaqları yaşlarına uyğun olmayan görüntüləri görməyə vadar edir.

Buna görə ABŞ Hökuməti “YouTube”a ağır cəza tətbiq edib. Belə ki, “YouTube” bir neçə milyon dollarlıq məbləği ödəmək məcburiyyətində qala bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır