Yunanıstana 2,8 mlrd. avro həcmində maliyyə dəstəyi göstərilib

Maliyyə problemi ilə qarşı-qarşıya gələn Avrozonadakı ölkələrə lazımi maliyyə dəstəyi həyata keçirmək üçün yaradılmış  Avropa Sabitlik Mexanizması (ESB), Yunanıstana 3-cü yardım proqramı çərçivəsində yerinə yetirilən islahatlara görə 2,8 milyard avroluq kredit tranşını sərbəst buraxıb.

ESM-nin sədri Klaus Regling, Yunanıstanın islahat dövrünə  fasiləsiz davam etməsi nəticəsində kreditin sərbəst buraxıldığını açıqlayıb. Sədr islahatların həyata keçirildiyi təqdirdə gələn il Yunanıstanda iqtisadi inkişafın artmasını gözlədiyini və bu halda Yunan hökumətinin təkrar istiqraz buraxa biləcəyini də vurğulayıb.

Qeyd edək ki, iqtisadi yardım proqramının ümümi həcmi 86 mlrd. avrodur ki,  Yunanıstana 31,7 mlrd. avro maliyyə dəstəyi göstərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır