Yunanıstanda işsizlik səviyyəsi azalmaqdadır

Yunanıstan Respublikasının rəsmi statistika bürosunun tərtib etdiyi periodik hesabatlarında uzun müddətdir ki Yunanıstan iqtisadiyyatında müşahidə olunan yüksək işsizlik səviyyəsinin getdikcə azaldığı görünür.

Hesabatın son buraxılışına istinadən, Yunanıstanda sentyabr ayına olan işsizlik 16.8% səviyyəsindədir. Bu isə, avqust ayına nisbətdə 0.1%, ötən ilin sentyabr ayına nisbətdə isə 2% azalma deməkdir. Sentyabr ayında işsizlərin sayı 791 min 795 nəfər olub. Ötən ilin müvafiq dövründə isə bu rəqəm 892 mindən çox olub.

Aşağıdakı diaqramda 2004-cü ildən bəri Yunanıstanda mövcud olan işsizlik səviyyəsi qeyd olunub:

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır